Hiperkarlar istehsalçısı və Porsche və Koolan Xorvatiyanın Rimac firması C_Two hiperkarının testləri barədə videoçarxı dərc edib. Bu ilin yazından başlayaraq Zaqrebin yaxınlığında yerləşən Sveta-Nedelya şəhərindəki müəssisədə 17 prototip yığılıbdır. Hər bir prototip müəyyən edilmiş məqsədlər üçün istifadə ediləcəkdir.

Rimac C_Two elektrik hiperkarının hazırlanması proqramı final mərhələyə qədəm basıb. Rimac şirkətinin rəhbəri Mate Rimatsın birldirdiyinə görə, komanda “prototiplərdən ilkin olaraq düşünülmüş avtomobili hazırlamaq üçün” var gücü ilə işləyir. Virtual aləmdə həyata keçirilmiş simulyasiyalardan sonra, hiperkar Nardodakı (İtaliya) texniki mərkəzin poliqonunda sınaqlara yollanıb.

Rimac C_Two hiperkarının seriya variantının debütü gələn ilin mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutmalıdır. Seriya modeli konseptən fərqlənəcəkdir – onun dizaynı, erqonomikası və güc qurğusunun tənzimləmələri yaxşılaşdırılmışdır.