Xorvatiyada yerləşən Rimac Autimobili şirkəti C_Two elektrik hiperkarının California adlı xüsusi versiyasını təqdim edib. Xüsusi versiyanın əsas xüsusiyyəti kuzovun parlaq-mavi rənginin və baqaj hissəsində 6 litrlik şampan şüşələri və qədəhlər üçün xüsusi bölmənin olmasıdır. Rimac C_Two California hiperkarının təqdimat mərasimi Los-Anjelesdəki Petersen muzeyində keçirilib.

Rimac C_Two modelinin əsasını  120 kilovat-saatlıq batareyalar bloku quraşdırılmış, arxa karbon rama altısı, alüminium və kompozit materiallardan hazırlanmış güc elementləri olan karbonplastikdən monokok təşkil edir.

Hiperkar dörd elektromotor sayəsində hərəkətə gəlir ki, onlardan bir cütü ön oxda digər cütü isə arxa oxda quraşdırılıb. Onlar fərdi ötürmələr qutusu ilə təchiz ediliblər – öncə bir pilləli, arxada isə iki pilləli. Avtomobilin hava axını yönəldən aktiv aerodinamikasına aktiv çəpərləri olan kapot və arxa diffuzor, ön splitter, həmçinin hündürlüyünü və hücum bucağını dəyişən arxa antiqanad daxildir. Hiperkarın aerodinamik müqavimət əmsalı 0,28 təşkil edir. 60 mil/saat (96 km/saat) həddinə hiperkar 1,84 saniyəyə sürətlənir. 

Bunun üçün avtomobil 30,5 santimetr irəliləməlidir. Rimac C-Two modelinin maksimal sürəti 412 km/saat təşkil edir. Onun yürüş məsafəsi 650 kilometrdir. Hiperkar süni intellektin bazasında yaradılan avtonom idarəetmə sisteminə də sahibdir. 

Image alt Image alt Image alt