Rolls-Royce şirkəti yeni nəsil Phantom modelinin konveyerdən çıxan ilk nüsxəsini hərracda satmaq niyyətindədir. Hərrac gələn ilin yanvarında Florida ştatının Neypls şəhərində keçirilən “Qış şərab festivalında” təşkil ediləcəkdir. Satışdan əldə edilən vəsait xeyriyyə məqsədlərinə yönəldiləcəkdir.

Standart bazaya, tünd-bənövşəyi rəngli kuzova və ağ rəngli dəri ilə üzlənmiş interyerə malik olan avtomobilin kandarında, onun bu modelin ilk nüsxəsi olduğunu və xüsusi olaraq “Qış şərab festivalı”  üçün inşa edildiyini bildirən lövhəcik quraşdırılıb.

Alıcı avtomobil ilə birlikdə, Napa vadisindən olan Alpha Omega sərab evi tərəfindən hazırlanmış altı litrlik şərab şüşəsini də əldə edəcəkdir. Üstəlik, o şirkətin üzümlüklərinə baş çəkmək imkanına da malik olacaqdır.

Rolls-Royce Phantom modeli 6,75-litrlik həcmi olan iki turbokompressorlu V12 mühərriki ilə təchiz edilir. Mühərrik 571 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Avtomobil adaptiv pnevmatik asqiya, tam idarələnən şassiyə sahib olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt