Bu il Abarth atelyesi məhdud sayda buraxılacaq 695 Tributo 131 Rally hetçbekinin təqdimat edib. 1976-1982-ci illərdə klassik rallidə italyan markasının rənglərini qoruyan Fiat 131 Abarth Rally kupesinin şərəfinə hazırlanmış xüsusi hetçbek, ralli avtomobilinin son startının 40-cı ildönümünə həsr edilib. İndi isə, italyan saat istehsalçıları Breil şirkəti bu hetçbekə həsr olunmuş xüsusi saatı - Breil Abarth 695 Tributo 131 Rally xronoqrafını hazırlayıb.

Breil Abarth 695 Tributo 131 Rally saatının əsas xüsusiyyəti korpusun arxa qapağına həkk olunmuş Fiat 131 Abarth Rally modelinin silueti, habelə xronoqrafın xarakterik qara - mavi rəngli tərtibatıdır. Saatın 43 millimetrlik korpusu qara poladdan hazırlanır, bezeli isə, Abarth yarış avtomobilinin 17-düymlük təkər disklərinin üslubunda tərtib edilmişdir.

Abarth və Breil emblemləri ilə bəzədilmiş siferblat karbon lifindən, bəzi elementləri isə qızıldan hazırlanıb. Xronoqraf qara paslanmayan poladdan qayışla gəlir.

Image alt Image alt Image alt Image alt Image alt

Xatırladaq ki, Abarth 695 Tributo 131 Rally modelinin tirajı 695 nüsxədən ibarət olacaqdır. Hetçbekin qiyməti 37 min avrodur. Xronoqrafın tirajı və qiyməti açıqlanmayıb, bununla belə, Breil şirkətinin saytında onun 299 avroya satıldığını görmək olar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.