Howe and Howe Tech şirkəti yeganə modeli olan Ripsaw tırtıllı maşınının ekstremal variantını buraxıb. Bu 1500 at qüvvəli mühərriklə təchiz edilən SSR1 modifikasiyasıdır.

«Oyuncaq tank» 12 litrlik səkkiz silindrli mühərrikə sahib olub. Əvvəllər o 600 at qüvvəli dizel mühərriki ilə təchiz edilirdi. Xatırladaq ki, dizel variantı Forsaj filminin səkkizinci hissəsində də çəkilibdir. Yeni modfikasiyanın dinamik xarakteristikaları istehsalçı tərəfindən açıqlanmayıb. Yeni modelə həsr edilmiş videoçarxda tank bir sıra fəndləri nümayiş etdirir.

İlin olaraq Ripsaw modeli hərbiçilərin tələbatını təmin etmək üçün buraxılırdı. Sonradan istehsalçı tankları vətəndaşlara satmaq qərarına gəlmişdi. Maşın ekstrim üçün nəzərdə tutulmuş dəbdəbəli texnika kimi qələmə verilir. Ripsaw maşınları əllə yığılır. Sifarişçilər maşınlarını sifarişi rəsmiləşdirdikdən yarım il sonra ala bilərlər. Kiçik tankın qiyməti yarım milyon dollardan çoxdur.