Sauber komandası rəsmi olaraq gələn mövsüm yarışacaq pilot tərkibini açıqlayıb.

Ehtimal etdiyimiz kimi, gələn mövsümdə isveçrə komandasının rənglərini Markus Eriksson və Ferrari komandasının hamilik etdiyi Şarl Lekler müdafiə edəcəkdir. Eyni zamanda, komanda gələn mövsümdə çıxış edəcəyi livreyanı və loqotipini də nümayiş etdirib. Xatırladaq ki, bir neçə gün bundan öncə isveçrəlilər Alfa Romeo markası ilə tərəfdaşlıq haqqında müqavilə imzalayıblar. 

Əlbəttə, avtoidmanla maraqlanan hər kəs istedadlı monakolu gəncin gələn il Formula 1 çempionatında debüt edəcəyindən şübhə etmirdi.

Səhmdarların dəstəyini alan Markus Erikssonun da yeri möhkəm idi. Yeganə məsələ Ferrari komandasının başqa bir protejesi olan Antonio Covinazzinin gələcək taleyi ilə bağlı idi. Artıq, Antonionun Alfa Romeo Sauber komandasının ehtiyat sürücüsü olacağı da komanda tərəfindən açıqlanıb. 

«Bu gün bütün İtaliya üçün xüsusi bir gündür və Alfa Romeo markasının tarixində açılan yeni bölmədir, - Fiat Chrysler ittifaqının rəhbəri Sercio Markionne bildirib. - Sauberin Alfa Romeo loqotipi ilə olan livreyası bizlərdə böyük qürur hissi oyadıb».

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt