Dünən Fiat Chrysler Automobiles (FCA) konserninin mətbuat xidməti Sauber komandasının adının dəyişdirildiyi barədə açıqlamanı dərc edib. Xatırladaq ki, keçən il Alfa Romeo markası isveçrə komandasının baş sponsoru olub. Komanda Alfa Romeo Sauber F1 Team adlanırdı.

Sauber komandası Formula 1 çempionatında 1993-cü ildən başlayaraq iştirak edib. Hətta, BMW şirkəti ilə əməkdşlıq zamanı komandanın sahibinin adına toxunulmayıb. Maraqlıdır ki, komandanın «C» indeksli bolidləri Zauberin həyat yoldaşı Kristinanın şərəfinə adlandırıblar. Alman istehsalçısı ilə əməkdaşlıq zamanı isə, bolidlər F1.06, F1.07, F1.08 və F1.09 adlanırdılar.

Bu mövsümdə Alfa Romeo Racing komandasının rənglərini Kimi Rəykkonen və Antonio Covinazzi müdafiə edəcəkdirlər.