Scuderia Ferrari komandası əsas rəqibləri Mercedes kollektivindən sonra yeni bolidini təqdim edib.

Scuderia komandası üçün ənənəvi olaraq təqdimata kimi yeni bolidinin adını gizli saxlayır və yalnız rəsmi tədbirdə elan edir. Bu dəfə də belə olub. İtalyan komandasının 2018-ci ildə yarışacağı avtomobil SF71H adlanır.

Alman komandası kimi italyanlar da yeni bolidi Maranelloda keçirilən xüsusi tədbirdə təqdim ediblər. Bir neçə videoçarxı göstərdikdən sonra Scuderia Ferrari yeni bolidini toplanmış jurnalist və qonaqların qarşısına çıxarıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt