Bu gün Scuderia Toro Rosso komandası 2019-cu ildə Daniil Kvyatın və Aleks Elbonun çıxış edəcəyi STR14 bolidini təqdim edib.

Yeni avtomobil Youtube kanalında dərc edilmiş qısa videoçarx vasitəsi ilə təqdim edilib. Qeyd etmək lazımdır ki, bolid keçən ilki rəngləri qoruyub-saxlayıb. Yeni bolid 2018-ci ildə olduğu kimi göy, gümüşü və tünd qırmızı rənglərə boyanıb.

Franz Tost: «Bu qış biz komandada bir neçə təşkilatı dəyişikliklərin aparılması üçün dayanmadan çalışmışıq  və ümid edirik ki, yeniliklər keçən il üzləşdiyimiz bir sıra problemləri aradan qaldırmağa yardım edəcəkdir. Digər komandalarla müqayisə ilə, Toro Rosso komandasının əməkdaşlarının sayı o qədər də çox deyil.  Red Bull Technology ilə çalışmalarımız və Red Bull Racing komandasının da Honda mühərriklərinə keçməsi bizim texniki qrupa diqqətini detallar üzərində cəmləməyə imkan verəcəkdir».

Image alt Image alt Image alt Image alt Image alt