Seat şirkəti Leon modelinin "bərkgedən" modifikasiyasının təqdimat tarixini açıqlayaraq, tizerini dərc edib. Ekstremal Cupra Leon modeli fevralın 20-də iki versiyada - hetçbek və universal kuzovlarında nümayiş etdiriləcəkdir. İlk dəfə olaraq, «bərkgedən» Leon Seat loqotipini deyil, Cupra loqotipini və qoşulan hibrid güc qurğusunu əldə edəcəkdir.

Cupra Leon modeli ilə yanaşı, Leon Competicion və Leon e-Racer yarış modellərinin dünyəvi təqdimatı baş tutacaq. Mülki hetçbek və universalın ilkin versiyaları Formentor krossoveri kimi 1.4-litrlik TSI turbomühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Bu modifikasiyanın ümumi hasilatı 245 at qüvvəsinə bərabər olacaqdır. R indeksinə malik olan versiyaların 300 at qüvvəsinə sahib olacağı gözlənilir.

Leon Competición trek hetçbeki 340 at qüvvəsi və 410 Nm fırlanma anı hasil edən 2.0 TFSI mühərriki ilə təchiz ediləcəkdir. Avtomobilin güzgüləri, kapot və yan tərəflərdəki hava kanalları və sükan çarxındakı işləmələr də daxil olmaqla bəzi xarici panelləri 3D printerdə çap edilib. 2018-ci ildə təqdim edilmiş e-Racer elektrokarı ən yüksək gücü 680 at qüvvəsi olan dörd elektrik mühərriki ilə təchiz olunub.

Yeni Seat Leon modeli bu ilin yanvar ayının sonlarında debüt edib. MQB platformasında inşa edilmiş model səkkizinci Golf modelindən xeyli böyük alınıb. Leon modelinin mühərrik çeşidinə 1.0, 1.5 və ya 2.0-litrlik benzin mühərrikləri, 2.0-litrlik turbodizel, metanla işləyən 1.5-litrlik TGI qurğusu və qoşulan e -Hybrid güc qurğusu daxildir.