Seat şirkəti ilk qoşulan hibridini təqdim edib. Skoda Kodiaq və Volkswagen Tiguan Allspace modellərinin yaxın qohumu olan yeddiyerli krossover yenilənmiş Skoda Superb modelindən tanış olan hibrid güc qurğusu ilə təchiz edilir. Avtomobillərin hibrid sistemləri bənzər olsalar da, onlar tənzimləmələri ilə fərqlənirlər.

Seat Tarraco PHEV modelinin khibrid qurğusunun tərkibinə 150 at qüvvəli 1,4-litrlik TSI mühərriki, mühərrik ilə 6-pilləli “robotun” arasında yerləşən 116 at qüvvəli elektromotor daxildir. Hibrid qurğunun ümumi hasilatı 245 at qüvvəsi və 400 Nm fırlanma anıdır. Mühərrik və elektromotorun arasında quraşdırılmış mufta DYM-ni ayırır və Tarraco hibridinə sırf elektrik ötürməsi ilə 50 km yürüş etmək imkanı verir.

13 kVt/saatlıq litium-ion batareyası arxa divanın altında yerləşdirilib ki, bu da ənənəvi tam çəkiş sisteminin tətbiqini mümkünsüz edib. Arxada elektromotor olmadığına görə, Seat Tarraco PHEV öndənçəkişlidir. Hibrid krossover Tarraco modelləri arasında nəinki ən güclüsü, həm də ən sürətlisidir. Tarraco PHEV 100 km/saat həddini 7,4 saniyəyə toplayır və 217 km/saat maksimal sürət həddinə malikdir. Müqayisə üçün, 190 at qüvvəli krossover 100 km/saat həddini 8,0 saniyəyə toplayır və 211 km/saatlıq maksimal sürət həddinə malikdir.

Hibrid güc qurğusu ilə birlikdə Tarraco modelinin FR indeksli idman modifikasiyası da debüt edib. Tarraco FR modellərini həm hibrid, həm də adi güc qurğuları ilə sifariş etmək olar. Bu modifikasiya daha geniş təkər tağları, 19 və ya 20 düymlük orijinal təkər diskləri və yenidən tənizmlənmiş asqısı ilə seçilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salonda başlıqları birləşdirilmiş ön kreslolar, “kəsilmiş” sükan çarxı və xüsusi dekoru quraşdrılıb. FR-variantı 9,2-düymlük ekranı olan müasir multimedia sistemi və klimat-kontrolun sensorlu idarəetmə bloku ilə təchiz edilir.

Seat Tarraco PHEV və Tarraco FR modelləri Frankfurtda keçiriləcək avtosalonda nümayiş etdiriləcəkdirlər. Modellərin Avropadakı satışlarına 2020-ci ildə başlanacaqdır.