Ferrari komandasının alman pilotu Sebastyan Fettel yarşın vaxtının çəkilməsinin və qızların start düzlüyündən götürülməsinin yersiz olduğunu hesab edir.

Yeni mövsümdə Formula 1 çempionatının kommersiya hüquqlarının sahibi Liberty Media yarışın start zamanını düz saatın tamamında deyil, ondan 10 dəqiqə gec başlanmasına qərar verib.  Üstəlik onlar, çoxdandı qüvvədə olan yarışdan öncə qızların start xəttində düzülməsi ənənəsini aradan götürübdürlər. Dördqat dünya çempionunun fikrincə buna heç bir gərək yox idi.

“Ümumiyyətlə, mən ənənəvi baxışların tərəfdarıyam və dəyişiklikləri sevmirəm, - Fettel bildirib. - Bəli, mən çox şeylərdən bixəbər ola bilərəm və mənim onları öyrənmək üçün səbəbim də yoxdur. Lakin, mən startın nəyə görə 10 dəqiqə geriyə çəkildiyini anlaya bilmirəm. Mən qətiyyən bu dəyişikliyi anlamıram. Bilrisiz, start düzlüyündə qızların olmaması çox məyusedicidir”.