Sebastyen Ojye dünya ralli çempionatındakı (WRC) çıxışlarına son verdikdən sonra, əfsanəvi “Le-Manın 24 saatı” sutkalıq marafonunda iştirak etmək istədiyini söyləyib.

Xatırladaq ki, 2018-ci il mövsümündə Ojye M-Sport Ford komandasında çıxış edəcəkdir.

“İnanıram ki, başqa variant tapacağam (DRÇ-da karyersını bitirdikdən sonra). 33 yaşında evdə boş-bekar oturmaq mənə görə deyildir. Bu mənim üçün çox darıxıdıcı olar, - beşqat dünya çempionu bəyan edib. – Şübhə etmirəm ki, başqa seriyada yarışacağam.

Hələlik diqqətimi DRÇ-da cəmləmişəm, çünki bu çox gərgin keçən seriyadır. Buna baxmayaraq nə zamansa Le-Manda çıxış etmək istərdim. Mənim məqsədlərimdən biri budur”.