Volkswagen şirkəti səkkizinci nəsil Golf modelinin hasırlanmasına 1,8 milyard avro xərcləyəcəkdir. İstehsalçı bu barədə məlumatı markanın 120 əsas tərəfdaşlarının iştirak etdiyi sammitdə səsləndirib.

Yeni nəsil Golf modelinin istehsalına gələn ilin iyun ayında Volkswagen şirkətinin Volsburqdakı zavodunda başlanacaqdır. Markanın bestselleri 108 ölkənin bazarında satılacaqdır. Yığcam avtomobillərin yaradılması ilə məşğul olan bölmənin başçısı Karlhayns Hell yeni Golf modelinin şirkət üçün «Şəbəkəyə qoşulan avtomobillər və avtonom idarəetmə sistemləri erasına keçidin» olduğunu bildirib.

Avtomobil daima onlayn olacaq, onun cihazlar paneli və elektron köməkçiləri isə «etalon təşkil edəcəkdirlər».