Səksən yaşlı Vyana sakini Con Ottokar Porsche Boxster Spyder sportkarını alıb. Əslində burada təəccüblü bir şey yoxdur, lakin yeni rodster təqaüdçünün həyatı boyu aldığı səksəninci avtomobil olub. Öz kolleksiyasını saxlamaq üçün Ottokar ayrıca bina tikdirib. Binada idman avtomobilləri ilə yanaşı, alman markasının xatirə əşyaları da saxlanılır.

Ottokarın ilk idman avtomobilini 1972-ci ildə əldə edib. Bu avtomobil, sarı rəngli Porsche 991 E modeli olub. O vaxtdan bəri, avstriyalı kolleksiyasını genişləndirməklə məşğul olub. Həyatı boyunca kolleksiyaçı 80 alman sportkarına sahib olub və onları saxlamaq üçün xüsusi bina da inşa etdirib. Con Ottokarın kolleksiyasında avtomobillərə yanaşı, müxtəlif kuboklar və alman markasının kolleksiya aksesuarları da mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hazırda 80 yaşlı təqaüdçünün kolleksiyasında 38 sportkar vardır. Onların arasında V8 mühərriki ilə təchiz edilmiş 917, 910, 956, 904 və 964 modelləri də daxil olmaqla bir neçə yarış avtomobili, habelə 956, 904 və 964 sportkarları var. Bundan əlavə, Con doqquz Carrera RS, həmçinin 911 R və Type 991 modellərinə sahibdir.

Avstriyalının əldə etdiyi sonuncu sportkar Porsche Boxster Spyder rodsteridir. Rodster 375 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 3,8-litrlik V6 mühərriki və 6-pilləli mexaniki transmissiya ilə təchiz edilib. Sportkar 100 km/saat həddini 4,5 saniyəyə toplayır və 300 km/saatlıq maksimal sürət həddinə malikdir. Təqaüdçü yeni avtomobili şəxsən markanın Zuffenhauzendəki zavodundan götürüb, burada Porsche nümayəndələri ona emblemi rodsterin kapotuna yerləşdirməyə icazə veriblər.