Bu gün Zolderdə keçiriləcək ikinci yarışın start düzülüşünü müəyyən edən sıralama sessiyasında poulun sahibi BMW komandasının debütant pilotu Şeldon Van der Linde olub. Cənubiafrikalı pilot ikinci nəsticəni göstərmiş təcrübəli pilot Rene Rastdan 0,006 saniyə yeyin olub.

Təsnifat mərhələsində də hadisəsiz ötüşməyib. Sessiyanın bitməsinə üç dəqiqə qalmış qırmızı bayraqlar dalğalanıb. Buna səbəb Pol di Restanın Aston Martin Vantage avtomobili olub. Texnika ilə problem yaşayan şotland pilot avtomobilini trekin kənarında dayandırıb. Pilotların bir hissəsi restartı gözləmədən bokslara yollanıblar - onların arasında Rene Rast da olub. Lakin, çoxları sön dəqiqələrdən istifadə edərəl mövqelərini yaxşılaşdırmağa çalışıblar.  

Beləliklə, bu günki yarışı ikinci cərgədən dünənki yarışın qalibi Filipp Enq (BMW) və Robin Frayns (Audi) başlayacaqlar. Onları Timo Qlok (BMW) və Mayk Rokenfeller (Audi) təqib edəcəklər. Marko Vittmann (BMW) və Conatan Aberdin (Audi) dördüncü cərgədən, Ceymi Qrin (Audi) və Coel Erikkson (BMW) isə beşinci cərgədən mübarizəyə qatılacaqdırlar. Aston Martin avtomobilində çıxış edən pilotlar arasında ən uğurlu çıxış edən Ceyk Dennis olub. O, 13-cü nəticəni göstərib.