Hyundai şirkətinin avtoidman bölməsi Frankfurtda keçirilən avtosalonda Veloster N ETCR elektrik yarış hetçbekini nümayiş etdirib. Bu avtomobil yeni ETCR turinq seriyasının texniki tələblərinə uyğun olaraq yaradılıb.

Elektrik yarış avtomobili mülki Hyundai Veloster N modelinin bazasında inşa edilib. Elektrik hetçbekinin yaradılması üzrə işlər Hyundai markasının Alzenaudakı mənzil-qərargahı tərəfindən həyata keçirilib. Bununla belə, koreya markasının nümayəndələri avtomobilin texniki hissəsi barədə məlumatla bölüşməyiblər. Arxaçəkişli avtomobil bazara yerləşən və arxa oxun üzərində quraşdırılan yeganə elektrik mühərriki ilə hərəkətə gəlir. Bu isə, elektrokarın donoru ilə yalnız kuzov və asqının bəzi detalları ilə bənzər olduğuna dəlalət edir.

Marka nümayəndələri bu layihənin Hyundai Motorsport bölməsinin tarixində yeni səhifəni açdığını bildiriblər. Elektromobil yarışlarında iştirakın bu bölmənin əsas fəaliyyət sahəsi olacağı gözlənilir. Bundan başqa, sportprototiplərin inşası elektromobillərin yaradılması strategiyasının tərkib hissəsi olacaqdır.