Münhen savtosalonunda çoxsaylı təqdimatlar ilə çıxış edən Daimler konsernindən fərqli olaraq, BMW konserni əsas yeniliklərini əvvəlcədən t’qdim edib - bunlar yaxınlarda satışa çıxacaq BMW iX və BMW i4 seriya modelləridir. Ancaq yenə də, Bavariya istehsalçısının stendində bir debütant tapılıb - bu, elanı belə qeyri-adi şəkildə verilən BMW i Vision Circular konseptidir.

Ümumiyyətlə, bu konsept avtomobili bizə 2040-cı ildə yığcam BMW şəhər elektrokarının necə olacağını göstərmək üçündür. Bu avtomobil sanki üç-dörd nəsil dəyişdirmiş BMW i3 modelidir. Təxminən dörd metr uzunluğunda olan bir həcmli kuzov dörd nəfəri qəbul edir. Yan qapılar müxtəlif istiqamətlərdə açılır, arxa şüşələrin formasında isə, məşhur Hofmayster cizgisini görmək olar. Firma “burun dəlikləri” avtomobilin eni boyunca uzanır və quraşdırılmış LED işıqlandırma texnologiyası özündə cəmləşdirir.

Ancaq konseptin missiyası bir qədər genişdir. Konsept dünyadakı “material dövriyyəsi” prinsipi əsasında, yəni təkrar emal olunan materiallardan geniş istifadə olunaraq yaradılıb. Ancaq avtomobilin detallarının 30%-i, alüminium kuzov panelləri və salondakı plastik də daxil olmaqla, sözün əsl mənasında zibildən hazırlanıb ki, yaxın gələcəkdə bu payı 50%-ə çatdırmaq da olar. Ən vacibi isə, avtomobilin konstruksiyasında tətbiq edilən materialların təkrar emalı nəzərdə tutulur. Məsələn, dartma batareyası artıq 100% emal edilə bilər.

Təkrar  emal edilmədən yenidən istifadə olunan bir sıra detallar da var. Məsələn, sərnişin salonunun arxa hissəsindəki plafonlar iDrive sisteminin şaybalarından hazırlanıb. Mühəndislərin fikrincə, bu şaybalar köhnəlmiş BMW iX krossoverlərindən götürüləcəkdir. Xammala qənaət etmək üçün “lazımsız” detalların sayı minimuma endirilib. Hətta, kuzovdakı BMW loqotipləri də oyma vasitəsilə həkk olunurlar, ön paneldəki çoxsaylı düymələrin əvəzinə iri sensorlu ekran quraşdırılıb. Cihazlar paneli ön şüşəyə proyeksiya olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW i Vision Circular konseptinin sonrakı perspektivi yoxdur. Lakin konseptdə təklif edilən əksər qənaət həlləri, BMW şirkətinin 2025-ci il üçün hazırladığı “Yeni sınıf” adlandırılan elektromobillərində istifadə ediləcəkdirlər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.