Lexus şirkəti Şanxay avtosalonun xüsusi olaraq çin bazarı üçün hazırladığı LM minivenini təqdim edib. Yapon istehsalçısı dəbdəbəli minivenin digər Cənubi-Asiya ölkələrində də satılacağını bildirib. Bununla belə, Lexus minivenin digər qitələrdə satılmaq ehtimalı barədə heç bir məlumat verilməyib.

Yeni miniven əsalində üzü dəyişdirilmiş Toyota Alphard modelinin dəbdəbəli versiyasıdır. Lexus LM modeli “donorundan” iri firma radiator barmaqlığı, yeni nəsil ES və LS modellərinin üslubunda dizayna malik olan ğn fənərləri, xromla örtülmüş yeni təkər diskləri və dəyişdirilmiş arxa hissə ilə fərqlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Minivenin salonu “limuzin” arxitekturasına malikdir – sürücü və sərnişin bölümləri 26-düymlük displey, saat, soyuducu və çətir üçün bölümü olan xüsusi arakəsmə irə ayrılıblar. Arxa sərnişinlər, avtomobilin əksər funksiyalarını idarə etmək imkanı verən sensorlu paneli olan dirsəkaltı ilə bölünmüş, qızdırılan, havalandırmaslı, çoxlu tənzimləmələri və massaj funksiyası olan iki fərdi dəri kreslolarda əyləşirlər. Sonradan, minivenin “avtomobili həm işgüzar, həm də ailəvi səfərlər üçün istifadə edən iş adamlarına” ünvanlanmış yeddiyerli versiyası da təqdim ediləcəkdir.

Lexus LM modeli iki mühərriklə təklif ediləcəkdir. Lexus LM 350 modifikasiyası 300 at qüvvəsi hasil edən 3,5-litrlik V6 atmosfer mühərriki ilə təchiz ediləcəkdir. LM 300h modeli isə, tərkibinə 2,5-litrlik benzin mühərriki və elektromotor daxil olan hibrid güc qurğusuna malik olacaqdır. Hibrid qurğunun ümumi hasilatı 200 at qüvvəsi olacaqdır. Hər iki versiyanı öndən və ya tam çəkiş sistemi  ilə sifariş etmək olar.