Lincoln şirkəti Nyu York avtosalonunda yeni yığcam Corsair krossoverini təqdim edib. Yeni krossover 2014-cü ildən buraxılan MKC modelini əvəz edib. Corsair dördüncü nəsil Focus modelinin əsasını təşkil edən C2 platformada inşa edilib.

Zahiri cəhətdən Corsair praktiki olaraq iri Aviator modelini təkrarlayır. Krossoverlər iki radiator barmaqlığına, zolaq ilə birləşdirilmiş arxa fənərlərə və damın xarakterik maili xəttinə malikdirlər. Lincoln Corasair modelinin mühərrik çeşidinə 254 at qüvvəsi və 373 Nm hasil edən 2,0-litrlik, həmçinin 284 at qüvvəsi və 420 Nm firlanma anına malik olan 2,3-litrlik dördsilindrli EcoBoost turbomühərrikləri daxil edilib. Ötürmələr qutusu – səkkiz diapazonlu “avtomatdır”. Ötürmə - arxa oxu qoşan muftaya malik olan tam çəkiş sistemidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lincoln Corasir modelinin salonunda 24 istiqamətdə tənzimlənən Perfect Position oturacaqları quraşdırılıb. Əlçatan avadanlıq siyahısına 14 dinamikli Revel səs sistemi, səkkiz düumlü displeyi olan SYNC 3 multimedia kompleksi, Wi-Fi və smartfonların naqilsiz doldurulması sistemi daxil edilib. Salon üç tərtibat variantında təklif edilir: mavi-ağ Beyond Blue, qara Cashew və boz-qəhvəyi Medium Slate.

Lincoln Way firma tətbiqi avtomobilin kilidinin açıqlması və mühərrikin işə salınmasını təmin edən virtual açarı yaratmağa imkan verir. Hər bir profilə 80 fərdi parametri bağlamaq olar. Corsair modelinin istehsalı Ford şirkətinin Luisvilldəki zavodunda və Çindəki fabrikində təşkil ediləcəkdir. Krossoverin amerikan bazarındakı satışlarına bu ilin payızında başlanacaqdır.