Ford şirkəti altıncı nəsil Explorer modelini bir neçə gün bundan öncə təqdim edib. Buna baxmayaraq, amerikan istehsalçısı Detroyt avtosalonuna ofrouderin iki yeni modifikasiyası ilə gəlib. Explorer hibrid və ST indeksli idman versiyalarına sahib olub.

Ford Explorer Hybrid tərkibinə 3,3-litrlik V6 atmosfer mühərriki, elektrimotor və 10-pilləli avtomatik qutu daxil olan hibrid güc qurğusu ilə hərəkətə gəlir. Güc qurğusunun ümumi hasilatı 323 at qüvvəsi təşkil edir. Hibrid ofrouder 800 kilometrlik yürüş ehtiyatına malikdir. Ford Explorer Hybrid həm arxadan, həm də tam çəkişlə təklif ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt

Elektromotorun qidalandığı litium-ion batareyası yedi yerli avtomobilin ikinci oturacaq cərgəsinin altında yerləşir. Bu yerləşmə yük bölməsinin həcmini qorumağa və sərnişinlərinrahatlığını təmin etməyə imkan verir. Limited təchizat səviyyəsində təklif edilən hibrid ön oturacaqların elektriklə tənzimlənməsinə, iki ön oturacaq cərgəsinin qızdırılmasına, Bang&Olufsen səs sisteminə və salondakı səsboğucu sistemə malik olub. Ford şirkəti hibrid ofrouderin 2,4 tonluq qoşqunu yedəyə aldığını bildirib. 

Ford Explorer ST modifikasiyası Platinium versiyasının təchiz edildiyi EcoBoost ailəsindən olan 3,0-litrlik V6 biturbomühərriki ilə təchiz edilib.  Mühərrikin gücünün 400 at qüvvəsinin üzərində, fırlanma anının isə 536 Nm olduğu bildirilir. Transmissiya - 10-pilləli «avtomatdır». Explorer ST yalnız tam çəkişlə təklif edilir. Modelin maksimal sürəti 230 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Zahiri cəhətdən «qaynar» ofrouderi qara rəngli radiator barmaqlığı, kandarları, beşinci qapıdakı əlavə sayəsində tanımaq olar. Salonda dəri ilə örtülmüş «idman» oturacaqlarını, ST loqotiplərini və qızdırılan idman sükan çarxını görmək olar. Baza variantından başqa, Street Pack və Track Pack dəstləri də təklif ediləcəkdir. Bu dəstlər daha güclü əyləc sisteminin və 21-düymlük təkər disklərinin quraşdırılmasını nəzərdə tutur.

Hər iki modifikasiyanın istehsalına bu ilin yazında Ford şirkətinin Çikaqodakı zavodunda başlanacaqdır. Onların satışına yay aylarında start veriləcəkdir.