Kia şirkət Detroyta keçirilən avtosalonda bayraqdar krossoveri olan Telluride modelini təqdim edib. Qeyd etmək lazımdır ki, bu model Kia markasının tarixində olan ən iri avtomobildir. Həqiqətən, koreya istehsalçısının avtobus və yük avtomobillərini nəzərə almasaq, Kia Telluride Mohave modelindən, hətta onunla eyni platformada inşa edilən Hyundai Palisade modelindən də iridir.

Kia Telluride Hyundai Palisade modelindən 21 millimetr uzun, 14 millimetr enlidir. Beləliklə, Kia Telluride modelinin qabarit uzunluğu 5001 millimetr, eni - 1989 millimetr, hündürlüyü isə 1750 millimetrdir. Avtomobillərin təkər bazası etnidir - 2900 millimetr. Baqaj həcmində də Kia üstünlüyə malikdir - 510 litrə qarşı 595 litr. İkinci cərgənin arxasındakı məkan 1302 litrdir.

Kia Telluride modeli də Hyundai Palisade kimi 295 at qüvvəsi hasil edən 3,8-litrlik V6 mühərriki və səkkiz pilləli avtomatik qutu ilə təchiz edilir. Krossover öndən və ya elektrohidravlik muftaya sahib olan tam çəkiş sistemi ilə təklif edilir. Asqı sisteminə gəldikdə isə, krossover öndə McPherson dayağı, arxada isə çoxqollu asqı ilə təchiz edilib.

Telluride modelinin dizaynı üzərində Kia şirkətinin İrvayndakı (Kaliforniya) dizayn mərkəzi işləyib. Palisade modelinə nisbətən Telluride daha brutal dizayna malikdir. Avtomobilin salon dizaynında da brutallıq özünü biruzə verir. Bununla belə, krossoverin salonunu dəbdəbli adlandırmaq olmaz - «cilalanmış metal» və «ağac» plastikdən hazırlanıb.

Avtomobilin təchizatına proyeksiya displeyi, klimatik sistemin tavandakı deflektorları, altı USB yuvası, iki smartfonun qoşulmasını təmin edən Bluetooth sistemi, sürücünün üçüncü cərgənin sərnişinləri ilə ünsiyyət qurmasını təmin edən mikrofon, audiosistemin arxa cərgələrdəki dinamiklərinin söndürülməsi funksiyası və salondakı çanta qarmaqları daxildir.

Avtomobilin təhlükəsizlik sistemləri siyahısı digər Kia modellərinə nisbətən daha zəngindir. Ənənəvi elektron yardımçılarla yanaşı, model yerdəyişmələr zamanı eyni istiqamətdə hərəkət edən avtomobillərlə toqquşmasının qarşısını alan sistem, qarajdan arxaya hərəkətlə çıxan zaman avtomatik əyləcləmə sistemi, zolaqda saxlama funksiyası və sürət məhdudiyyətinə uyğunlaşma sistemi ilə təchiz edilə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kia şirkətinin bayraqdar krossovero dörd təchizat səviyyəsinə malik olacaqdır. Krossover ABŞ-ın Corcia ştatının Vest-Poynt şəhərindəki zavodda istehsal ediləcəkdir.