Toyota şirkəti Detroyt avtosalonunda yeni nəsil GR Supra sportkupesini təqdim edib. Gazoo Racing bölməsi tərəfindən BMW Z4 modeli ilə eyni platformada inşa edilən kupe çəkinin oxlar arasında 50:50 nisbətində bölünməsinə, altı silindrli turbomühərrikə və avtomatik qutuya sahib olub.

Supra modelinin qabarit uzunluğu 4381 millimetr, eni - 1854 millimetr, hündürlüyü isə 1293 millimetrdir. Kupenin təkər bazasının uzunluğu 2469 millimetr təşkil edir.  İkiyerli sportkar klassik quruluşa malikdir: öndə yerləşdirilən mühərrik və arxa çəkiş. Yeni Toyota Supra BMW Z4 ilə eyni mühərrikə malikdir. Bu aqreqat 340 at qüvvəsi hasil edən 3,0-litrlik altı silindrli turbomühərrikdir. Güc aqreqatı sükanaltı dəstəklər vasitəsi ilə pillələri dəyişmək imkanına malik olan səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Sportkupe 60 mil/saat (96 km/saat) həddinə 4,1 saniyəyə sürətlənir ki, bu da onu ən yeyin Toyota avtomobili edir. Müqayisə üçün, BMW Z4 modeli bu işə 4,5 saniyə sərf edir. Supra modelinin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.

Sportkupe 100 faizlik qapanmaya malik olan aktiv arxa differensiala, adaptiv asqıya, lonç-kontrola və idarəetmə elektronikasının iki iş rejiminə (adi və idman) sahibdir. Sonuncu rejim stabilizasiya sisteminin və trekşn-kontrolun müdaxilə həddini yüksəldir, akselerator həssaslığını artırır, sükanı ağırlaşdırır, differensialın və ötürmələr qutusunun tənzimləmələrini dəyişir və buraxılış sisteminin səsini gücləndirir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, Toyota Supra modelinin təchizatına LED fənərlər, proyeksiya displeyi, smartfonların induksion doldurulması, 12 dinamikli JBL səs sistemi, 8,8-düymlük ekranı olan multimedia sistemi, dördporşenli Brembo əyləcləri, Michelin Pilot Super Sport şinləri ilə təchiz edilən 19-düymlük təkər diskləri daxildir.

Toyota Supra modelinin baza variantı ABŞ-da 49990 dollara satılacaqdır. Sportkupenin top variantı isə 58905 dollara təklif ediləcəkdir. Müqayisə üçün, BMW Z4 modeli ABŞ-da 49700 dollara satılır.