Hyundai şirkəti Paris avtosalonunda “qaynar” i30 N hetçbekinin tüninq edilmiş variantını təqdim edib. “N Option” adını almış avtomobili istehsalçı konsept kimi səciyyələndirib. Konsept isə öz növbəsində N brendinin gələcəyi, o cümlədən 25 elementi olan aksessuarlar xəttindən xəbər verir.

“Qaynar” hetçbek N emblemi olan karbon antiqanada, iri havalandırma girişləri olan karbonplastik kapota, qırmızı haşiyəli yeni radiator barmaqlığına, səsboğucu sistemin dörd çıxış borusuna və 20-düymlük təkər disklərinə sahib olub. Konsept xüsusi olaraq onun üçün yaradılmış xüsusi tutqun boya ilə rənglənibdir. Avtomobilin salonu alkantara və karbon ilə üzlənibdir. Salonda yarış oturacaqları da quraşdırılıbdır.

Hyundai i30 N "bəkgedən" modeli 2017-ci ilin iyul ayında debüt edib. "Qaynar" hetçbek birbaşa çiləməli 2,0-litrlik T-GDI mühərriki ilə təchiz edilir ki, bu aqreqat da iki güc variantında təklif edilir. Birinci variant 250 at qüvvəsinə malikdir. Opsional Performance Pack dəstinə sahib olan ikinci variant isə 275 at qüvvəsinə malikdir.

Hər iki halda mühərrikin fırlanma anı 352 Nm təşkil edir. Hyundai i30 N modelinin güc aqreqatı gücləndirilmiş muftası və qısaldılmış qolu olan altı pilləli mexaniki sürətlər qutusu ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə i30 N modeli 6,2 saniyəyə sürətlənir. Hyundai i30 N modelinin maksimal sürəti 250 km/saatdır.

Image alt Image alt Image alt Image alt