Renault şirkəti Şanxay avtosalonunda elektromobillər seqmentində mini-çevriliş edəcək seriyaöncəsi City K-ZE modelini nümayiş etdirib. Qlobal model olacaq elektromobilin qiyməti subsidiyaları nəzərə almadan yeddi-səkkiz min dollar arasında olmalıdır.

Renault City K-ZE modeli Kwid seriya avtomobilinin əsasında inşa edilib. Bildiyimiz kimi, Renault Kwid Hindistanda 3900 dollardan başlayan qiymətlər ilə satılır. Elekromobil “Kvid” modelindən ön tərəfin tərtibatı, arxa bamperi və dekoru ilə seçilir. 2423 millimetrlik təkər bazası qalsa da, avtomobilin klirensi 180-dən 150 millimetrə qədər azaldılıb. Baqaj bölümünün həcmi 300 litrdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elektrokarı salonu adi krossoverdən rqəmsal cihazlar paneli və səkkiz düymlük sensorlu ekranı olan multimedia sistemi ilə fərqlənir. Bütün bunlar seriya modelində qorunub-saxlanacaqdır. Əvvəllər elektromobilin NEDC sikli ilə 250 kilometrlik yürüş ehtiyatının olduğu bildirilib, lakin bu rəqəm rəsmi olaraq təsdiqlənməyib. Batreyanı məişət elektrik şəbəkəsində dörd saata doldurmaq mümkün olacaqdır. Xüsusi terminal vasitəsi ilə batareyanın enerjisinin 80 faizinin bərpasına 50 dəqiqə gərək olacaqdır.

Renault City K-ZE modelinin satılacağı ilk bazar Çin bazarı olacaqdır. Elektrokar Renault-Nissan və Dongfeng tərəfindən yenicə təsis edilmiş e-GT Energy Automotive birgə müəssisəsində istehsal ediləcəkdir. Fransız-yapon alyansı avtomobilin hazırlanması, çin tərəfi isə istehsalın lokallaşdırılması və hazırlanması üzərində işləyəcəkdir. Dongfeng şirkətinin Şiyandakı zavodu ildə 120 min avtomobil istehsal etmək gücündədir.