Orijinal Shelby GT500 modelinin 55-illik yubileyinin şərəfinə məşhur Mustang modelinin Heritage Edition adlı məhdud saylı seriyasını hazırlanıb. Yubiley seriyasından olan avtomobillər kuzovun eksklüziv boyanması və dekoru ilə seçilir.

Yubiley seriyasından olan avtomobillər 75.040 – 85.040 dollar arasında qiymətə malik olacaqdırlar. Məhdud saylı seriyanın buraxılışı ilə birlikdə Mustang Shelby GT500 modelinin rəng palitrasına yeni çalar – Code Orange boyası daxil edilib. Bu rəngə F-150 Raptor və Ford GT modelləri də boyanırlar.

Adi Mustang Shelby GT500 modelini Heritage Edition versiyasına çevirmək üçün orijinalı staylinq dəstini əldə etmək gərəkdir. Bu dəstin tərkibinə kuzovun göy metallik Brittani Blue rəngi və Wimbledom White ay yarış zolaqları daxildir.

Sonuncunun hansı formada vurulmasından asılı olaraq qiymət də dəyişir: əgər bu vinildisə ( o zaman zolaqlar qara Absolute Black rəngində də ola bilərlər), o zaman avtomobilin qiymətinə 2.140 dollar əlavə etmək gərəkdir. Əllə çəkilmiş zolaqlar bir qədər baha başa gələcəkdir, dəstin son qiyməti isə 12.140 dollara qədər artacaqdır.

Heritage Edition seriyasının buraxılması ilə birlikdə şirkət Mustang Shelby GT500 modelinin kuzov rəngləri palitrasını genişləndirib. İndi bu palitraya səkkiz yeni çalar daxildir: göy Atlas Blue Metallic və Brittany Blue (GT500 Heritage və Coastral versiyaları üçün), üç qatlı narıncı  Cyber Orange Metallic, tünd-boz Dark Matter Gray Metallic, vintaj yaşıl Eruption Green Metallic, mavi Grabber Blue Metallic, bənövşəyi Mischievous Purple və nəhayət narıncı Code Orange/

Sonuncu rəng həmçinin F-150 Raptor, Ford GT modelləri üçün də təklif olunur. Gələcəkdə Ford Bronco Raptor modeli də bu rəngə boyanacaqdır..

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki cəhətdən dəyişiklik yoxdur: Mustang Shelby GT500 modeli 770 at qüvvəsi və 847 Nm fırlanma anı hasil edən 5,2-litrlik kompressorlu V8 mühərriki ilə hərəkətə gəlir. Transmissiya – ötürmələri 80 millisaniyəyə həyata keçirən və iki yaş muftası olan yeddi pilləli Tremec “robotudur”. Mühərrik və transmissiyanın idarə olunmasıstrategiyası yarış avtomobillərindən götürülüb. Fastbək beş hərəkət rejimi, MagneRide adaptiv amortizatorları və tənzimlənən sükan gücləndirisi ilə təchiz olunur.

Yubiley seriyasından olan Mustang Shelby GT500 Heritage Edition modellərinin ABŞ-dakı tövsiyyə olunan satış qiyməti 72.040 dollardan başlayır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.