Böyük Britaniya Qran Prisi öncəsi Silverstone trasına yeni asfalt örtüyü çəkilib. Cümə günü ilk sərbəst yürüşlərdən sonra, Pirelli şirkətinin nümayəndəsi Mario İzola yeni asfalt ötrüyü haqda fikir bildirib.

Onun sözlərinə görə, günün ən çox müzakirə mövzusu olan yeni asfalt örtüyü sərbəst yürüşlər zamanı bəzi problemlərə səbəb olub: "Trasın sürüşkən olması gözdən yayınmadı, bir çox maniyələr nəzərə çarpacaq qədər idi. Buna görə də birinci sərbəst yürüşlərdə bir çox bolidlərin problem yaşadığını gördük. Amma onuda nəzərə almaq lazımdır ki, asfalt örtüyü hələ yenidir və daha öncə istifadəyə verilməyib, məlumatlarımız da azdı. Trasın vəziyyəti və təziqi daima dəyişir, dəqiq fikir bildirmək doğru olmaz. Hər şeyə rəğmən müsbət düşünmək lazımdır, Qran Prinin uğurla və yüksək səviyyədə keçəcəyinə şübhəmiz yoxdur. Komandalarda həvəslə hazırlaşır, sərbəst yürüşlərdə uğurla yekünlaşdı. Onlar  yüksək nəticəyə nail olmaq üçün çox çalışırlar".