Britaniyalı prodyüser və qraym-ifaçı Skepta növbəti trekini yazmaq üçün yeni nəsil Rolls-Royce Phantom modelinin salonunu mobil səsyazma studiyası kimi istifadə edib. İstehsalçı sınağın əsas məqsədinin, hətta musiqi yazmaq üçün avtomobilin salonunun kifayət qədər sakit və rahat olduğunu göstərməkdir.

Musiqi yazılan zaman repper avtomobilin arxa oturacağında əyləşib. Skeptanı Firbaldştat gölünün ətrafında və İsveçrə alplarının aşırımlarında gəzdiriblər. Bu gəzintinin labüd nəticəsi, videoçarxda bir hissəsi səsləndirilən “Skepta RR” treki olubdur.

Yeni nəsil Rolls-Royce Phantom modelini bu ilin yayında təqdim ediblər. Rolls-Royce Phantom modeli 6,75-litrlik həcmi olan iki turbokompressorlu V12 mühərriki ilə təchiz edilir. Mühərrik 571 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir.

Image alt Image alt Image alt Image alt Image alt