Skoda şirkəti cenevrə avtosalonunda debütü gözlənilən Vision iV elektrik konseptinin ilk təsvirini dərc edib. Konsept elektrokarlar üçün hazırlanmış MEB modul platformasında inşa edilib.

İstehsalçının bildirdiyinə görə, yeni konsept Şkoda markasının firma üslubunun təkamülünü nümayiş etdirəcəkdir. Şou-karın əsas cəhəti kuzovun eni boyunca uzanan işıqlanan zolaqdır. Çex markasının baş dizayneri Oliver Stefani bu zolağın bütün Skoda elektrokarlarının tanınan elementi olacağını söyləyib.

Krossover şaquli zolaqları olan dəyişdirilmiş radiator barmaqlığına, akula üzgəcinə bənzər dayaqları olan və yan güzgüləri əvəz edən kameralara, həmçinin 22-düymlük təkər disklərə sahib olacaq. Arxa hissədə yenilənmiş C-şəkilli fənərləri və qapı üzərindəki Skoda yazısını görmək olar. Ön tərəfdəki işqılanan zolaqdan arxada da var: lakin o diffuzorun üzərində yerləşdirilib.

Çox güman ki, Skoda Vision iV konsepti 2017-ci ildə nümayiş etdirilmiş Vision E konseptindəki ideyaların davamçısı olacaqdır. Skoda Vizion E konsepti də MEB modul platformasında inşa edilimiş və 306 at qüvvəsi hasil edən iki elektromotorla təchiz edilirdi. Konsept dolu batareya ilə 500 kilometr qət edirdi.