Artıq məlum olduğu kimi, yenilənmiş Skoda Kodiaq modelinin təıqdimatı bu gün keçirilməlidir. Dünən çex istehsalçısı yenilənmiş krossoverin sileuti və şüşələnməsi əks olunmuş son tizeri dərc edib. Xatırladaq ki, bir müddət bundan əvvəl Skoda şirkəti yenilənmiş modelin dizayner eskizlərini və işıq texnikasının nümayiş olunduğu videotizeri də yayımlamışdı.

Skoda şirkəti yenilənmiş Kodiaq krossoverinin ön tərəfin "daha təsirli" dizaynını alacağını vəd edir. Krossover sələfindən demək olar ki, şaquli vəziyyətdə yerləşən yeni altıbucaqlı radiator barmaqlığı ilə fərqlənəcəkdir.

Nazikləşdirilmiş fənərlərin altında ayrı diod modulları var, arxada isə korporativ C-şəkilli tərtibatını qoruyub saxlamış mürəkkəb naxışlı işıq texnikası görünür. Tizerdə daha nazik görünən qapı tutacaqları olan çıxıntılı yan tərəf və yenidən işlənmiş dizaynı olan təkər diskləri nəzərə çarpır.

Mart ayının sonunda Skoda restaylinq keçmiş Kodiaq modelinin dizayner eskizlərini dərc edib. Onlarda optikanın forması, fərqli duman fənərləri və L-şəkilli əlavələrlə haşiləyələnmiş daha geniş ön hava girişi tamamilə açıqlanıb. Yenilənmiş Kodiaq modelinin təqdimatı bu gün onlayn formatda keçiriləcəkdir,