Bir neçə gündən sonra işinə başlayacaq Cenevrə avtosalonunda Sport Forecase+ konsept avtomobili təqdim ediləcəkdir. Konsept barədə ətraflı məlumat verilməyib. İstehsalçı yeganə tizeri dərc etməklə kifayətlənib.

Çox güman ki, yeni konsept keçən ilin payızında Paris avtosalonunda nümayiş etdirilmiş Smart Forecase prototipnin təkmilləşdirilmiş variantıdır.”Plyus”  indeksli konsept çıxarılan dama və parlaq yaşılın əvəzinə narıncı rəngli dizayner tərtibatına malik olacaqdır.