Daimler və Geely konsernlərinin birlikdə sahib olduğu Smart markası gələn ildən başlayaraq elektrik güc aqreqatı ilə təchiz edilmiş avtomobillərin buraxılışına başlayacaqdır. Bu hadisənin şərəfinə Smart şirkəti Brabus və sənaye dizayneri Konstantin Qrçiçlə birlikdə hazırlanmış vida seriyasını təqdim edib. Vida seriyasından olan avtomobillər daxili yanacaq mühərriki təchiz edilmiş son Smart avtomobilləri olacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Smart #21 adlı məhdud saylı seriya kolleksiya statusunu alıb və 21 avtomobil ilə təmsil ediləcəkdir. Bu rəqəm nəinki ümumi tirajı, həmçinin ilk avtomobilin buraxılmasından 21 il keçdiyini bildirir. Bu seriyadan olan avtomobillər üçün onun ilk nəsilə işarə edən rəng sxemi seçilib. Sarı rəng orijinal Hello Yellow çalarına, qrafika isə Smart modelini tonnelə qovaraq üzərinə rəng tökən isveçrəli rəssam Roman Ziqnerin ideyasına əsaslanıb.

Bütün avtomobillərin istehsalı bu ilin avqustunda başa çatacaqdır. Onların qiyməti hələlik elan edilməyib.