Smart şirkəti Frankfurt avtosalonunda alman istehsalçısının gələcəyin şəhər avtomobilinə baxışını göstərən yeni prototipi təqdim edəcək. Konseptin tizeri Smart şirkətinin Instagram şəbəkəsindəki səhifəsində dərc edilib.

Bununla belə, istehsalçı prototip haqqında heç bir məlumat verməyib. Tizerdən göründüyü kimi, avtomobilin ön hissəsində müxtəlif mətn yazılarını əks etdirən işıqdiodlarından ekran yerləşdiriləcəkdir. 

Motor1 nəşri yeni prototipin gələcəkdə karşərinq xidmətləri tərəfindən istifadə ediləcək seriya modelinin carçısının olduğunu ehtimal edir. Hal-hazırda Smart şirkətinin model xəttində üç avtomobil mövcuddur.