Bir müddət bundan öncə smart markası mart ayının ilk günlərində işinə başlayacaq Cenevrə avtosalonunda Forecase+ konseptini nümayiş etdirəcəyi barədə bəyanat vermişdi. Bu gün istehsalçı konseptin şəkillərini dərc edərək, konsept barədə məlumat yayıb.

Keçən il Cenevrədə nümayiş etdirilmiş Forecase konseptini xatırlayırsınız? Həmin konsept tavana malik deyildi. Bu dəfə isə eyni konsept plastikdən hazırlanmış çıxarılan tavan ilə qarşımıza çıxır. Plastikdən hazırlanmış sərt dam örtüyünün bərkidilməsi üçün kuzovda iki dəlik açılıb, alın şüşəsinin haşiyəsində isə fiksatorlar peyda olub. Yüngül damı bir şəxs quraşdırıb-çıxara bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çıxarılan plastik damın içəri hissəsi parça ilə örtülübdür. Smart nümayənndələri avtomobilin istənilən havada istismara yararlı olduğunu bildirirlər, bununla belə, avtomobilin yan şüşələri mövcud deyil – bu hal avtomobilin istənilən hava üçün olmadığıa dəlalət etsə də, qarşımızda konseptin olduğunu yaddan çıxarmaq lazım deyil.Konseptin salon tərtibatında Nappa dərisindən, mikrofibra və bahalı parçadan istifadə edilib. Bundan başqa, konsept keçən ilkindən dekoru və seçilən narıncı rəngli haşiyələri ilə seçilir.

Konseptin əsası olaraq 82 at qüvvəli elektromotora və 17,6 kilovat-saatlıq litium-ion batareyası olan smart EQ fortwo modeli götürülüb. Elektromobil 160 kilometrlik yürüş məsafəsinə malikdir. Xatırladaq ki, 2020-ci ildə smart tamamilə elektrokarların istehsalına keçəcəkdir.