Bir müddət bundan öncə Ferrari şirkətinin daha bir LaFerrari superhibridini buraxmaq qərarı barədə məlumat vermişdik. Hərracda satılacaq avtomobilin satışından əldə edilən vəsaitin xeyriyyə məqsədlərinə yönəldiləcəyi bildirilib.

Bu dəfə istehsal edilən LaFerrari Aperta 210-cu avtomobildir. Məlumdur ki, Aperta modelinin tirajı 209 nüsxədən ibarətdir. Hərraclar 9 sentyabrda keçiriləcəkdir. Həmin gün də Ferrari şirkətinin 70 illik yubileyinə həsr edilmiş xüsusi livreyaya malik olan LaFerrari Aperta kütlə qarşısında təqdim ediləcəkdir. Hərrac evinin ekspertləri sonuncu LaFerrari modelinin üç-dörd milyon avroya arasındakı qıymətə satılacağını ehtimal edirlər. Sonuncu LaFerrari Aperta qırmızı rəngli kuzova və kuzov boyu çəkilmiş ağ zolaqlara malikdir. Ferrari LaFerrari modeli tərkibinə 6,3-litrlik atmosfer tipli V12 mühərriki, 120 kilovatlıq elektromotor və litium-ion akumulyatorlar dəsti və yeddi pilləli robotlaşdırılmış sürətlər qutusu daxil olan güc qurğusu ilə hərəkətə gəlir. Bu qurğunun ümumi gücü 963 at qüvvəsi təşkil edir.

Superhibrid 100 km/saat həddinə 3.0 saniyəyə sürətlənir. Onun maksimal sürəti 350 km/saatdır.