Məşhur SpeedKore atelyesi Las Veqasda keçirilən SEMA tüninq sərgisində Bugatti Chiron modelinə meydan oxumaq iqtidarında olan Dodge Charger modelini təqdim edib. Yeganə nüsxədə inşa edilmiş avtomobil tam ötürmə sisteminə, ikiqat turboüfürməyə və karbondan kuzov elementlərinə sahib olub.

Bu layihədə SpeedKore atelyesi ilə yanaşı MagnaFlow və HP Tuners firmaları iştirak ediblər. Dodge şirkəti də layihədə iştirak etməkdən çəkinməyib – istehsalçı tünerə üçölçülü skanlama aparılması üçün kuzov detallarını təqdim edib. Nəticədə, tərkibinə yeni bamperlər, təkər tağlarının genişləndiriciləri, spoyler və diffuzorun daxil olduğu çox aqressiv aerodinamik kuzov dəsti alınıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Sedanın kapotunun altında 6,2-litrlik V8 mühərriki yerləşir.Tünerlər aqreqatın gücünü 1545 at qüvvəsində qədər artırmağa müvəffəq olublar. Belə möhtəşəm gücü əldə etmək üçün atelye mühəndisləri mühərriki iki iri həcmli turbokompressor və təkmilləşdirilmiş yanacaq sistemi ilə təchiz edib. Mühərrikin gücü karbondan hazırlanmış kardan valı olan tam ötürmə sistemi vasitəsi ilə təkərlərə ötürülür.

Qeyd etmək lazımdır ki, tüner “dəlisov” Dodge Charger modelini tirajlamaq niyyətində deyil. Bununla belə, Las Veqasda nümayaiş etdirilmiş sedan sınaq laboratoriyası da deyildır. 1545 at qüvvəli Charger müştərinin xüsusi sifarişi ilə hazırlanıb. Sifarişi verən şəxs avtomobili 65 yaşı tamam olan qardaşına hədiyyə edəcəkdir.