Keçən həftə Almaniyanın Nürburqrinq avtodromunda keçirilmiş WEC çempionatının növbəti mərhələsi Porsche komandasının qüvvədə olan çempion heyəti Mark Uebberin, Timo Bernhardın və Brendon Hartlinin qələbəsi ilə nəticələnmişdir. Altı saat davam edən yarışda Audi R18 e-tron quattro sportprototipinin pilotları liderlik etsələr də, sonunda damalı bayrağı ilk görən Tsuffenhauzen komandasının pilotları olmuşdurlar.

Lakin, bu qələbə Porsche komandasına o qədər də asan başa gəlməmişdir. Elə təsnifat mərhələsində Audi komandasının pilotları qələbəyə iddialı olduqlarını bildirmişdilər. Sıralama turlarında  üstünlüyə malik olan Audi komandasının pilotları start düzlüyündəki ilk cərgəni zəbt etməyə nail olmuşdurlar. Yeddi nömrəli Audi R18 e-tron quattro sportprototipinin Andre Lotterer və Marsel Fasslerdən ibarət heyəti Nürburinqdəki dövrəni 1:39.444 zamanla başa vuraraq birinci yeri əldə etmişdirlər. Onların komanda yoldaşları  Oliver Carvis və Luka di Qrassi liderdən 0,266 saniyə geridə qalaraq ikinci yerdə qərarlaşmışdılar.

Üçüncü yerdən start almaq hüququnu Porsche 919 Hybrid sportprototipinin həyəti Mark Uebberin, Timo Bernhardın və Brendon Hartli, dördüncü yerdən yarışı başlamaq imkanını isə, Pomen Dyuma, Lyuik Düval və Mark Lib əldə etmişdirlər.

Toyota komandasının Stefan Sarrazen, Mayk Konvey və Kamuyi Komayaşidən ibarət heyəti isə beşinci yerdən yarışı başlamalı olmuşdur. Əntoni Dəvidson, Sebastyen Buemi və Kazuki Nakacima altıncı olmuşdurlar. Yarış günü startdan başlayaraq liderliyi Audi pilotları ələ keçirmişdilər.

Yarışın ilk yarısına qədər liderliklərini davam etdirən İnqolştat komandasının heyətləri, ikinci yarıda liderliyi Porsche pilotlarına güzəştə getməyə məcbur oldular.

Beşinci saatın başlanğıcında Nil Yani, Mark Lib və Romen Dyumanın idarə etdiyi Porsche 919 Hybrid avtomobili ikinci Porsche avtomobilini üstələsə də, Libin geridə qalan avtomobili ötən zaman etdiyi səhv üzündən liderliyi itirmiş oldu.  Heyət ön tərəfin təmirinə vaxt itirməkdən əlavə, pit-leyndən keçmə cəzası almış oldu. Bunun nəticəsində Dyüvalın arxasına düşən Porsche heyəti Andre Lottererin idarə etdiyi sportprototip tərəfindən keçilmiş oldu. Beləliklə, Mark Uebberin başçılıq etdiyi heyətin ardınca iki Audi heyəti finiş görmüş oldu. Dördüncü yerdə finişi isə, Porsche komandasının Romen Dyuma, Nil Yani, Mark Lib ibarət heyəti olmuşdur. Beşinci və altıncı yerdə isə Toyota komandasının pilotları finiş görmüş oldular.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt