Superkarlar istehsalçısı olan Ferrari şirkəti yeni əsərini təqdim etmişdir. Bu 2017-ci ilin spesifikasiyasında hazırlanmış 488 Challenge superkarıdır.

Əldə etdiyimiz məlumata əsasən 2017-ci ilin Ferrari 488 Challenge modeli, italyan markasının Challenge yarış seriyasında çıxış edəcək ilk tubomühərrikli avtomobili olacaqdır. Yeni avtomobil Ferrari 458 modelini əvəz edəcəkdir. Hazırda 458 modeli italyan brendinin yarışlarında iştirak edən altıncı avtomobildir. Ferrari Challenge yarışı artıq iyirmi beş illik yubileyini qeyd etməyə hazırlaşır.

1992-ci ildə təşkil edilmiş seriya üç qitədə mindən yuxarı yarış keçirmişdir. Bu çempionatda minə yaxım peşəkar pilot iştirak etmişdir. Yeni Ferrari 488 Challenge modeli 670 at qüvvəsinə malik olan 3,9-litrlik səkkiz silindirli turbomühərriklə təchiz edilmişdir. Ekspertlərin rəyoinə görə, güc aqreqatının, aerodinamik elementlərin və şassinin təkmilləşdirilməsi sayəsində avtomobil ikiqat effektiv olmuşdur. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt