Bu gün Parisdə keçmişin və indiki zamanın yarış əfsanələrinə həsr edilən Şərəf zalının təntənəli açılış mərasimi keçirilməlidir.

Bu mərasimdə Alen Prost, Sebastyan Fettel, Fernando Alonso, Mario Andretti, Jak Vilnyov və Ceki Stüart iştirak etməlidirlər. Tədbirə yeddiqat dünya çempionu Mixael Şumaxerin ailə üzvləri də dəvət alıblar. Avtoidmanın Şöhrət salonuna Formula 1 üzrə 33 dünya çempionu da daxil olmaqla 40 yarışçının adı daxil edilib.  Mərasim, FIA-nın Razılıq Meydanında yerləşən mənzil qərərgahında keçirilməlidir.

FIA iki Şərəf zalını açmaq niyyətindədir. Bunlardan birincisi Parisdə, ikincisi isə Cenevrədə açılacaqdır. Bu zallarda məşhur pilotlara məxsus əşyalar və onların çıxış etdikləri avtomobillər sərgilənəcəkdir.