Dünən sosial şəbəkləri və avtomobil saytlarını çaxnaşmaya salan bir xəbər yayılmışdı – sən demə TVR şirkəti yeni sportprototiplə “Le Man” yarışlarına qayıdırmış. Britaniya istehsalçısı sportprototipin şəklini dərc etsə də, sonradan onu silmişdir.

Bir müddət keçdikdən sonra britaniyalılar, bu sahədə İsveçrə mənşəli Rebellion Racing komandası ilə əməkdaşlıq etdikləri barədə məlumat yayıb və sportprototipin fotoşəkillərini yayıblar. Lakin, sportprototipə baxdıqdan sonra bu avtomobildə TVR markasına aid olan yeganə elementin elə “TVR” yazısının olduğuna şahid olursan.

Rebellion sportprototipi Oreca R13 şassisində inşa edilmiş və Gibson firmasının 4,5-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Güc qareqatının hasilatı 700 at qüvvəsi təşkil edir.

İlkin məlumata görə, tərəfdaşlar arasında bağlanmış müqavilə əməkdaşlığın növbəti mövsümdə davam etdirilməsini də nəzərdə tutur.

TVR direktorlar şurasının sədri Les Edqarın sözlərinə görə, onun yarışlara qayıtmaq qərarını qəbul etməsində səbəb Aston Martin şirkəti olub. Keçən ilin noyabrında britaniya markası Vantage GTE yarış superkarını təqdim edib. Yeni avtomobil Aston Martin şirkətinə “Le Manın 24 saatı” marafonunun qalibi olan V8 Vantage GTE modelinin uğurunu təkrar etmək imkanı verəcəkdir.

Image alt Image alt Image alt Image alt