Startech tüninq atelyesi Bentley Bentayga modeli üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim edib. Tüninq dəstinin dəyəri 32 min avrodan artıqdır.

Karbondan hazırlanmış aqressiv formalı ön bamper 3391 avroya başa gələcəkdir. Formula 1 bolidlərinin üslubunda LED fənəri və buraxılış sisteminin dörd borusu olan arxa bamper üçün isə 9758 avro ödəmək gərəkdir.

18,9 min avro ödəməklə Bentayga modelinin 6,0-litrlik W12 mühərrikinin gücünü 100 at qüvvəsi, fırlanma anını isə 170 Nm artırmaq olar. Beləliklə, güc aqreqatı 710 at qüvvəsinə və 1070 Nm fırlanma anına malik olacaqdır.

Bundan başqa, avtomobil üçün 295/35 ölçülü Continental şinləri olan 23-düymlük təkər disklərini, damda quraşdırlan işıqdiodlarından «çilçırağı», karbondan hazırlanmış arxa spoyleri və interyerin yenidən tərtibatını sifariş etmək mümkündür. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt