Brabus atelyesinin Mercedes-Benz avtomobillərinin tüninqi üzrə ixtisaslaşdığı hər kəsə məlumdur. Lakin digər markaların avtomobillərini tüninq etmək üçün almanlar Startech atelyesi yaradılblar. Məsələn, Startech mütəxəssisləri yeni nəsil Land Rover Defender 90 modeli üçün xüsusi tüninq proqramını hazırlayıblar.

İlk iş olaraq, tuner avtomobilin ehtiyat təkərini arxa qapıdan götürüb – layihənin müəlliflərinin fikrincə bu element avtomobilin harmonik obrazını korlayır. Onun yerinə dizaynerlər iri “Yunion Ceki” çəkiblər. Adi halda bu qrafika monoxromdur, lakin tələb olarsa, atelye mütəxəssisləri Birləşmiş Krallığın bayrağını rəngləməyə hazırdırlar.

Layihənin ikinci diqqətçəkən elementi 23-düymlük təkər diskləridir. Monostar E adlandırılan firma diskləri 305/50 ölçülü Yokohama şinləri ilə təchiz edilirlər. Təkər diskinin qapağına diqqət yetirsəniz, onun yarış avtomobillərində olduğu kimi, yeganə bolt formasında tərtib edildiyini görərsiniz.

Əlbəttə ki, Startech mühəndisləri Defender ofrouderinin özünü asfaltda yaxşı hiss etməsi üçün, onu bir sıra keyfiyyətlərlə təchiz ediblər. Startech mütəxəssisləri pnevmoasqının tənzimləmələri üzərində işləməklə yanaşı, avtomobilin klirensini 35 millimetr azaldıblar. Bununla birlikdə, şassinin və transmissiyanın ofroud alqoritmlərinə müdaxilə edilməyib. Nə olar, nə olmaz…

Qara rəngli dam və kuzov dayaqları eyni rəngli disklərlə ahəng təşkil edirlər. Əsas panelləri isə, seçilən ağ rəngə boyayıblar. Məlum məsələdir ki, ofrouder aqressiv görkəmli xüsusi kuzov dəstinə də sahib olub.

Salonda da çalarla iş davam etdirilir: atelye mütəxəssisləri interyeri mavi, qara, qızılı və qırmızı rəngli anodlaşdırılmış boltlarla bəzəməyə, qapı kartlarının alüminiumdan əlavələrini rəngləməyə, habelə ön panel və oturacaqları istənilən dəri və alkantara birləşməsi ilə üzləməyə hazırdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qeyd etmək gərəkdir ki, tüner “Defin” texniki hissəsinə müdaxilə etməyib. Əsas diqqət dekora yönəldilib. Bunun əsaslı səbəbi var – iş orasındadır ki, şəkillərdəki ofrouder “monolit” layihə deyil, ümumiləşdirilmiş obrazdır.

Sadalanan elementlərin hər birini ayrılıqda sifariş etmək mümkündür. Məsələn, arxa qapıdakı “Yunion Cek” 360 avroya başa gələcəkdir. Pnevmoasqının hündürlüyünün azadılması üçün isə 990 avro ödəmək gərəkdir.