PSA və FCA konsernlərinin yeni Stellantis ittifaqına birləşməsindən bir aydan az vaxt keçir. Artıq yeni ittifaqın strukturunda ilk dəyişik həyata keçirilib. Birləşmə müqaviləsinin imzalanmasından öncə, hər iki konsernin nümayəndələri, bu konsernlərə daxil olan bütün markaları və bölmələri saxlamaq niyyətində olduqlarını açıqlamışdılar. Alyansın rəhbəri Karlos Tavares, Stellantis ittifaqının bu planlardan imtina etməyi düşünmədiyini şəxsən təsdiqləmişdi.

Bununla birlikdə, Dodge, Jeep və Chrysler modellərinin "bərkgedən" versiyalarının hazırlanması ilə məşğul olan SRT bölməsi üçün yeni ittifaqda yer tapılmayıb: bu barədə, Stellantis alyansının daxilindəki mənbələrinə istinad edən Mopar İnsiderlər portal xəbər verib.  İnsayderlərin bildirdiyinə görə,ittifaqın rəhbərliyi amerikan idman subbrendinin mühəndislik şöbəsini ləğv etməyə qərar verib. Bununla birlikdə, keçmiş SRT komandasının əsas fiqurları şirkətdə çalışmağa davam edəcəklər, çünki Stellantis Amerika bazarında yaxşı tələbata malik olan SRT modellərinin satışını dayandırmaq niyyətində deyil.

Rəsmi olaraq, SRT bölməsi 2004-cü ildə işə başlayıb, lakin bu bölmə səksəninci illərin sonunda, Chrysler şirkətinin Dodge Viper sportkarının birinci nəslinin yaradılması zamanı formalaşdırmışdılar. Daha sonra mühəndislər qrupu Plymouth Prowler rodsterinin üzərində işləyən qrupla birləşdirildi və SVE (Special Vehicle Engineering) bölməsi yaradıldı. 2002-ci ildə SVE bölməsinin adı Performance Vehicle Operations (PVO) olaraq dəyişdirildi və iki il sonra Dodge Neon SRT-4 sedanının yaradılmasını başa vuran bölmə SRT (Street & Racing Technology) adlandırıldı.