Superyaxtaları ilə tanınan Dynamiq markası tikilməkdə olan 35-metrlik GTT 115 yaxtası barədə məlumat vermişdir. Tamamilə alüminiumdan hazırlanacaq yaxtanın bu ilin sentyabr ayında Viarecioda suya endirilməsi planlaşdırılır.

Qayığın kili keçən ilin avqust ayında, Monako kral ailəsinin üzvü Pyer Kaziragi və Monako yaxt-klubunun baş katibi Bernar d’Alessandrinin iştirakı ilə qoyulmuşdur. Bu tarixdən səkkiz ay sonra çəkilmiş şəkil tikilməkdə olan yaxtanın gövdəsinin və üst tikililərinin əsasən başa çatdığını göstərir. Hazırda yaxtanı texniki təchizat və xarici tərtibat işləri gözləyir.

Dynamiq GTT 115 yaxtasının dəniz arxitekturasını Hollandiyadan olan Vripack studiyası hazırlamışdır. Gəminin eksteryer və interyeri isə Studio F.A.Porsche studiyası hazırlamışdır. Qayıq RINA standartlarına tamamilə cavab verir. Bununla belə, GTT 115 qayığının interyeri və iç məkanının planlaşdırılması sirr olaraq saxlanılır.

GTT 115 gənc Dynamiq brendinin ikinci qayığıdır. Tərsanə tərəfində tikilən ilk yaxta 39 metrlik Jetsetter qayığı keçən ilki Monaco Yacht Show sərgisində təqdim edilmişdi. Tərsanə, sifarişçilərə arzuladıqları superyaxtanı onlayn konfiqurator vasitəsilə yaradaraq onun qiyməti və tikilmə müddəti barədə məlumat almağa imkan verən ilk gəmiqayırma müəssisəsidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt