Subaru şirkəti cari nəsil “bərkgedən” WRX STI sedanının final seriyasını təqdim edib. Xüsusi seriyadan olan avtomobillər, yalnız bu markanın populyar olduğu Böyük Britaniya bazarında satılacaqdır. Cəmi 150 ədəd belə avtomobil istehsal ediləcəkdir.

Subaru WRX STI Final Edition sedanı bu avtomobilin ABŞ bazarı üçün nəzərdə tutulmuş variantının əldə etdiyi yeniliklərə sahib olub. Söhbət elektronika idarə edilən mərkəzi differensialdan, 19-düymlük təkər disklərindən, dəyişdirilmiş ön bamperdən, sarı rəngli supportları olan Brembo əyləc mexanizmlərindən və interyerdəki qara parlaq işləmələrdən gedir.

Bununla bərabər, 150 nüsxədə buraxılan avtomobillərin hər biri xüsusi “Final Edition” yazıları olan emblemlərə malik olacaqdırlar. Final seriyasından olan avtomobillər 33995 funt-sterlinqə satılacaqdırlar. Final seriyasının anons edilməsinə baxmayaraq, “bərkgedən” sedanların istehsalının nə zaman son veriləcəyi açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt