Mövcud olan WRX və WRX STI supersedanları 2014-cü ildən bəri istehsal olunurlar. Hər il kiçik yenilənmələrin aparılmasına baxmayaraq, bu müddət ərzində “bərkgedən” sedanlar əhəmiyyətli dərəcədə dəyişməyib. Artıq Subaru WRX/WRX STI modellərinin yeni nəsli təqdimata hazırdır: şirkətin Amerikadakı bölməsi gələcək sedanın ilk tizerini dərc edib.

Dərc edilmiş tizerdə başlanğıc Subaru WRX sedanı təsvir olunub –  avtomobilin arxa hissəsində antiqanadın olmaması buna işarə edir. Qeyd etmək gərəkdir ki, yeni sedan heç də restaylinq keçmiş versiya deyil, həqiqətən də yeni modeldir: təsvirdən göründüyü kimi, arxa qapı girişinin forması dəyişib, bu da kuzovun yeni olduğundan xəbər verir.

Əlavə olaraq, qohum Subaru Impreza (və şirkətin digər modellərinin) ardınca "bərkgedən" WRX/WRX STI cütlüyü də SGP (Subaru Global Platform) modul platformasına keçəcəkdir. Xatırladaq ki, hazırki WRX modelləri 2011-2016-cı illərdə istehsal olunmuş əvvəlki nəsil Impreza modelinə əsaslanırlar.

Hələlik əlavə məlumat yoxdur. Əvvəllər gələcək WRX/WRX STI cütlüyünün hibridə çevriləcəyi barədə şayiələr yayılmışdı, amma indi digər daha realistik bir məlumat peyda olub: hər iki avtomobildə amerikan bazarında satılan Ascent, Legacy və Outback modellərindən tanış olan 2,4-litrlik FA24 turbomühərriki quraşdırılacaqdır.

Bu aqreqat sadalanan avtomobillərdə 264 at qüvvəsi hasil edir, lakin supersedanlar üçün onun gücünü artıracaqlar. Yeni nəsil WRX STI modelinin 400 at qüvvəsinə yaxın gücə malik olacağı söylənilir. Xatırladaq ki, carı sedan 300 at qüvvəsinə malikdir.

“Bərkgedən” sednların dəqiq debüt tarixi hələlik açıqlanmayıb, lakin həmin gün o qədər də uzaq deyil. Yeni sedanların ABŞ bazarındakı satışlarına bu ilin payızında başlanılmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.