Subaru şirkəti növbəti nəsil Outback universalının ilk təsvirini dərc edib. Modelin kütləvi debütü 17 apreldə Nyu York avtosalonunda keçiriləcəkdir.

Yeni Subaru Outback barədə rəsmi məlumat verilməyib. Yeni universalın cari Forester modelinin istehsalında istifadə edilən Subaru Global Platform (SGP) modul platformasında  inşa edildiyi ehtimal olunur. Yeni platforma vibroyükləməni azaldacaq, idarəetməni yaxşılaşdıracaq, həmçinin hərəkət zamanı komfortu yüksəldəcəkdir. Bununla belə, universalın dizaynı ciddi şəkildə dəyişməyəcəkdir.

Outback modelinin mühərrik çeşidindən 3,6-litrlik altısilindrli aqreqatın çıxarılacağı da gözlənilir. Onun əvəzinə Ascent modelinin 2,4-litrlik oppozit turbomühərriki təklif ediləcəkdir. Bu aqreqat 264 at qüvvəsi və 376 Nm fırlanma anı hasil edir.

Bundan başqa, mühərrik çeşidinə e-Boxer hibrid güc qurğusunun da daxil ediləcəyi gözlənilir. Bu qurğunun tərkibinə 150 at qüvvəli 2,0-litrlik oppozit mühərriki, 16,7 at qüvvəli elektromotor və variator daxildir. Hazırda belə qurğu Subaru XV e-Boxer modelində quraşdırılır.  ABŞ-da iki elektromotoruolan qoşulan hibrid də satılır.