Porsche şirkəti Taycan elektromobilinin yeni versiyalarını təqdim edib. Ailəyə eyni vaxtda iki yeni üzv qoşulub: GTS idman versiyasında olan sedan və universal. Sonuncu versiya Taycan Sport Turismo adını alıb. Hər iki model ikimühərrikli güc qurğus, ən böyük akkumulyatorla təchiz olunub və kuzovdan asılı olmayaraq sıfırdan ilk “yüzlüyə” 3,7 saniyəyə sürətlənirlər.

Güc aqreqatının hasilatı baxımından Taycan GTS modeli Taycan Turbo və Taycan 4S arasında yer alır və Porsche şirkətindən bildirildiyi kimi, “cərgənin qızıl ortasını” təmsil edir. Overboost rejimində və lonç-kontrolun aktivləşdirilməsi halında mühərriki gücü 598 at qüvvəsi təşkil edir ki, bu daTurbo modelində olduğundan 82 at qüvvəsi az və 93,4 kilovat-saatlıq Performance Plus batareyası ilə təchiz edilmiş 4S modelində olduğundan 27 at qüvvəsi çoxdur.

 GTS versiyaları da alternativsiz olaraq belə batareya ilə təchiz edilirlər. 800-voltluq sistem sayəsində batareyanın 5 faizdən 80 faizə qədər doldurulmasına 22,5 dəqiqə gərəkdir.

Porsche Active Suspension Management (PASM) adaptiv pnevmatik asqısı Taycan Turbo modelindən götürülüb, lakin xüsusi olaraq GTS üçün yenidən tənzimlənib. Taycan 4S modeli isə, GTS ilə altı porşenli ön və dörd porşenli arxa əyləc supportlarını bölüşüb. Elektrokarın səsni gücləndirən Electric Sport Sound profilinin səsləri daha zəngin olublar. Tam idarəolunan şassi və daha güclü əyləclər opsional avadanlıqdırlar.

Hər iki elektrokar da, yan pəncərə çərçivələri və arxa diffuzor də daxil olmaqla, coxlu sayda qara eksteryer detallarını alıblar. Tutqun qara rəngli 20-düymlük Taycan Turbo S Aero Design diskləri standart təchizata daxildirlər, lakin eyni rəngli 21-düymlük RS Spyder Design diskləri üçün əlavə ödəniş tələb olunur. Matrisa fənərələri də tünd içliyə malikdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Taycan Cross Tourismo modelindən fərqli olaraq, Sport Turismo əsasən asfalta istiqamətləndirilib: universal  ofroud dizayn elementlərini itirsə də, panoram damı və velosiped dayaqları qoruyurub. Opsiyalar siyahısında dam reylinqləri və panoram damın şəffaflığını maye kristal örtük sayəsində idarə etməyə imkan verən yeni Sunshine Control sistemi var. Sport Turismo modelinin klirensi sedan ilə eynidir – yəni Cross versiyasında olduğundan 20 millimetr azdır.

Salon tərtibatında GTS loqoları olan Race-Tex mikrofiberindən və qara anodlaşdırılması olan tutqun  alüminiumdan istifadə edilib. Sürücü və ön sərnişinin oturacaqları 18 istiqamətdə tənzimlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

GTS versiyalarına sifarişlər artıq qəbul edilir: GTS sedanı 131.400 dollar, GTS Sport Turismo universalı isə 133 300 dollar qiymətləndirilib. Taycan GTS modellərinin ilk nüsxələr gələn il müştərilərə təhvil veriləcəklər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.