Porsche avtomobillərinin tüninqi ilə məşhurlaşmış TechArt atelyesi Porsche Panamera Turbo S E-Hybrid modeli üçün yeni tüninq dəstini təqdim edib. Yeni dəst ilə təchiz edilmiş liftbekin kütləvi təqdimatı Essen avtosalonunda keçiriləcəkdir.

Tünerin bildirdiyinə görə, yeni güc artırma dəsti 680 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən hybrid güc aqreqatının gücünü 770 at qüvvəsinə və 980 Nm-ə qədər artırmağa imkan verir. Tüninq keçmiş Panamera 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir ki, bu da əvvəl olduğundan 0,2 saniyə yeyindir. Liftbekin maksimal sürət həddi də 6 km/saat artaraq 316 km/saata bərabər olub.

Bundan başqa, Panamera TechArt mütəxəssisləri tərəfindən hazırlanmış buraxılış sistemi ilə də təchiz edilir. Elektronika ilə idarələnən klapanlara malik olan səsboğucu sistem daha güclü səs tonuna malikdir. Titandan hazırlanmış buraxılış sisteminin çıxış boruları karbon ucluqlarla da təchiz edilib.

Məlum məsələdir ki, TechArt GrandGT aerodinamik kuzov dəstinə malik olan avtomobil daha aqressiv görkəmə sahibdir. Dəstin tərkibinə karbondan hazırlanmış kapot, təkər tağlarının genişləndiriciləri, kandarlar və diffuzor daxildir. Bütün bu möhtəşəmliyi 22-düymülk Formula V təkər diskləri tamamlayır.

Liftbekin interyeri də eksteryerinə uyğun tərzdə tərtib edilibdir. Burada rəngli saplarla edilmiş tikişləri, işıqlandırılmış qapı dəstəkləri və alüminium pedalları, həmçinin Acid Green rəngli rejimləri dəyişmə düyməsinə malik olan sükan çarxını görmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt