23 yaşlı fin pilot Teemu Suninen 2018-ci ilin dünya ralli çempionatının səkkiz mərhələsində M-Sport komandasının tərkibində çıxış edəcəkdir. Bu barədə xəbəri DRÇ-nin rəsmi saytı yayıb.

Keçən ilk fin pilot WRC2 çempionatında çıxış etsə də, dünya ralli çempionatının əsas kateqoriyasında iki mərhələdə iştirak edib və yaxşı nəticələrə nail olub. O Polşada altıncı, Finlyandiyada isə dördüncü olub. 2018-ci ildə Suninen üçüncü Ford Fiesta WRC avtomobilində İsveç, Meksika, Portuqaliya, İtaliya, Finlyandiya, Türkiyə, Böyük Britaniya və İspaniyada çıxış edəcəkdir. Bundan başqa o, WRC2 kateqoriyasında iki mərhələdə - Monte-Karlo və Almaniyada çıxış edəcəkdir.